Gece.ws
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 07.22.2026 | 15:00 | Baxılıb: 1193
“Neftçi” qadın futbolçular arasında UEFA Çempionlar Liqasının 2026/2027-ci illər mövsümündə mübarizəyə qoşulub.

“gece.ws” xəbər verir ki, Azərbaycan çempionu 1-ci təsnifat mərhələsində Monteneqronun “Buduçnost” komandası ilə qarışılaşıb.

Yunanıstanın Veria şəhərində keçirilən 1-ci qrupun yarımfinal matçının əsas və əlavə vaxtı 0:0 hesabı ilə yekunlaşıb. Penaltilər seriyasında daha dəqiq oynayan “Neftçi” 4:3 hesablı qələbə qazanaraq finala yüksəlib.

Siyasət Əsgərovun komandası 2-ci təsnifat mərhələsinə vəsiqə uğrunda son rəqibi PAOK (Yunanıstan) – “Hapoel” (Yerusalim, İsrail) cütünün qalibi olacaq.

 

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.