“gece.ws” milli assosiasiyanın rəsmi saytına istinadən xəbər verir ki, AFFA İntizam Komitəsinin sentyabrın 3-də verdiyi qərar qüvvədə saxlanılıb.
Qeyd edək ki, “Neftçi”nin futbolçusu İqor Ribeyro “Turan Tovuz”a uduzduqları Azərbaycan Premyer Liqasının III turunun oyununda təcavüzkar davranışa (rəqibi vurduğuna) görə birbaşa qırmızı vərəqə almışdı. O, AFFA İntizam Komitəsinin qərarı ilə 3 oyunluq cəzalanıb, “ağ-qaralar”a isə 3000 manat cərimə tətbiq edilib.