Gece.ws
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 05.07.2026 | 09:27 | Baxılıb: 2357
“Neftçi”yə qoyulan transfer qadağasının səbəbi bəlli olub.

Klubdan “gece.ws”ya verilən məlumata görə, buna səbəb futbolçulardan birinin transfer ödənişinin gecikdirilməsidir.

“Transfer ödənişi geçikəndə FIFA-nın müvafiq portalı avtomatik olaraq klubu qırmızı siyahıya salır və transfer qadağası gəlir. Bu, dünya praktikasında tez-tez rast gəlinən məsələdir. Əsas öhdəliklər bağlanandan sonra qadağa avtomatik olaraq aradan qalxır.

Artıq biz tərəfdən ödəniş həyata keçirilib, qarşı tərəf təsdiqləyəndən sonra maksimum 3-5 günə transfer qadağası aradan qaldırılacaq. Narahatlığa əsas yoxdur, heç bir borc öhdəliyimiz yoxdur. Sadəcə, texniki məsələlərə görə bir ödəniş gecikmişdi, o da artıq həllini tapıb. Azarkeşlərimiz narahat olmasınlar”, - məlumatda qeyd olunub.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.