“gece.ws” xəbər verir ki, bu barədə məlumatı “NDTV” telekanalı yayıb.
Telekanalda, eləcə də sosial şəbəkələrdə yayılan görüntülərdən etirazçıların Paudelin evini dağıtdığını görmək mümkündür.
Bundan əvvəl isə aksiya iştirakçıları paytaxt Katmanduda bir neçə siyasətçinin iqamətgahını da yandırıblar.
Qeyd edək ki, sentyabrın 4-də Nepal rəhbərliyi ölkənin Rabitə və İnformasiya Texnologiyaları Nazirliyində qeydiyyatdan keçməyən vatsap messenceri, feysbuk və instaqram, eləcə də digər sosial şəbəkələrə məhdudiyyətlər tətbiq edib. Sentyabrın 8-də Katmanduda və digər şəhərlərdə minlərlə etirazçının iştirakı ilə hökumətin bu qərarına qarşı aksiya keçirilib. Aksiyada əsas olaraq gənclər iştirak edib. Etirazlar zamanı baş verən qarşıdurmalarda 19 nəfər ölüb, 100-dən çox insan isə yaralanıb. Məhdudiyyətlər sentyabrın 9-da ləğv edilib.
Bununla belə, bu gün paytaxtda parlament binasının önündə hökumətin istefası tələbi ilə aksiya təşkil edilib.
***
“The Himalayan Times” qəzetinin məlumatına görə, ölkədə kütləvi iğtişaşlar zamanı 500-dən çox insan xəsarət alıb.
Qəzet həmçinin yazıb ki, etirazçılar parlament binasına hücum edib və binanı yandırıblar.
***
“India Today” telekanalının məlumatına görə, Nepaldakı etirazlarda həlak olanların sayı 22 nəfərə çatıb.
Bununla yanaşı, ölkənin keçmiş Baş naziri Şer Bahadur Deuba və onun həyat yoldaşı, hazırkı xarici işlər naziri Arzu Rana Deuba aksiya zamanı hücuma məruz qalıb.
Belə ki, onlar etirazçılar tərəfindən döyülüb. Eyni zamanda, XİN rəhbərinə məxsus özəl məktəb də yandırılıb.
***
“Khabarhub” portalının məlumatına görə, etirazçılar ölkənin keçmiş Baş naziri Jhalanath Khanalın evinə hücum edib yandırıblar.
Hadisə nəticəsində Khanalın həyat yoldaşı Rajyalaxmi Chitrakar ciddi yanıq xəsarətləri alıb.
Belə ki, aksiya iştirakçıları qadın içəridə olarkən binanı yandırıblar.
Qeyd edək ki, Jhalanath Khanal 2011-ci ilin fevralından avqustuna qədər Nepalın Baş naziri olub.