Gece.ws
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 08.04.2026 | 01:25 | Baxılıb: 3186
Türkiyənin “Erzurumspor” klubu azərbaycanlı hücumçu Nəriman Axundzadənin transferini elan edib.

“gece.ws” xəbər verir ki, qardaş ölkə təmsilçisi gənc futbolçu ilə razılıq əldə olunduğunu bildirib.

Klubun yaydığı rəsmi məlumatda qeyd olunur ki, Nəriman Axundzadə Ərzuruma gəldikdən və tibbi müayinədən uğurla keçdikdən sonra onunla rəsmi müqavilə imzalanacaq.

Qeyd edək ki, N.Axundzadə bu ilin yazında “Qarabağ”dan “Kolambus Kryu”ya transfer olunub. O, ABŞ təmsilçisi ilə 3,5 illik müqavilə imzalayıb.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.