
Bu barədə “gece.ws”ya Mədəniyyət Nazirliyindən məlumat verilib.
Bildirilib ki, vida mərasiminin vaxtı barədə əlavə məlumat təqdim olunacaq.
Mərhum Xalq şairi mərasimdən sonra I Fəxri xiyabanda dəfn ediləcək.
Qeyd edək ki, 95 yaşlı Nəriman Həsənzadə bu gün vəfat edib.
***
Mədəniyyət Nazirliyindən verilən məlumatda bildirilib ki, Xalq şairi Nəriman Həsənzadə ilə vida mərasimi sabah, 2 avqust, səhər saat 11 00-da Beynəlxalq Muğam Mərkəzində keçiriləcək.
Mərhum Xalq şairi mərasimdən sonra I Fəxri xiyabanda saat 13 00-da dəfn ediləcək.