Gece.ws
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 05.21.2026 | 08:52 | Baxılıb: 3782
ABŞ Açıq Kubokunun dörddəbir final mərhələsində “Kolumbus Kru” komandası “Nyu-York Siti”ni 1:0 hesabı ilə məğlub edərək yarımfinala vəsiqə qazanıb.

“gece.ws” xəbər verir ki, “ScottsMiracle-Gro Field” stadionunda keçirilən qarşılaşmada oyunun taleyini Maks Arfsten həll edib.

Görüş uzun müddət qolsuz davam etsə də, futbolçu matçın sonlarına yaxın fərqlənərək, komandasına qələbə qazandırıb.

Qol epizodunda Azərbaycan millisinin üzvü Nəriman Axundzadə məhsuldar ötürmə müəllifi olub. O, sağ cinahdan topu Maks Arfstenə çatdırıb, futbolçu isə təxminən 17 metr məsafədən dəqiq zərbə ilə hesabı açıb.

Bu qələbə “Kolumbus Kru” üçün yeni baş məşqçi Loran Kurtuanın rəhbərliyi altında ilk uğur olub. Klub bir neçə gün əvvəl baş məşqçi Henrik Ridströmlə yollarını ayırmışdı.

“Kolumbus Kru” klub tarixində beşinci dəfə ABŞ Açıq Kubokunun yarımfinalına yüksəlib. Komanda bu mərhələdə sentyabr ayında “Orlando Siti” ilə qarşılaşacaq.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.