Gece.ws
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 03.06.2026 | 14:43 | Baxılıb: 3850
“Kolambus Kryu” klubu ilə anlaşan Azərbaycan millisinin üzvü Nəriman Axundzadənin ABŞ-yə getmək üçün iş icazəsi alınıb.

Bu barədə “gece.ws”ya forvardın meneceri Tural Əsgərov məlumat verib. 

O bildirib ki, futbolçunun vizası alınandan sonra isə o, ABŞ-yə yollanacaq: “Bu gün vizanı almalı idik, amma qaldı. Növbəti həftənin əvvəli yəqin ki, vizasını alıb ABŞ-yə gedəcək. Təxminən martın 10-11-i o, “Kolambus Kryu"in düşərgəsinə yollanacaq”. 

Xatırladaq ki, “Kolambus Kryu” “Qarabağ”ın sabiq futbolçusuyla 3,5 illik müqavilə imzalayıb. Razılaşma fevralın 10-da baş tutsa da, işçi vizasının alınmasının yubanması Nərimanın ABŞ-yə getməyini təxirə salmışdı. 

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.