
“gece.ws” xəbər verir ki, bu barədə hökumət başçısı “X” sosial şəbəkəsindəki hesabında paylaşım edib.
“Bu gün Arad və Dimonada oldum - dəymiş zərəri bərpa edəcəyik və yenidən quracağıq, həm də geniş miqyasda. İsrail vətəndaşlarından xahiş edirəm: Arxa Cəbhə Komandanlığının göstərişlərinə əməl edin və xəbərdarlıq zamanı sığınacaqlarda gizlənin”, - Netanyahu yazıb.
Xatırladaq ki, İranın İsrailin cənubunda yerləşən Arad və Dimona şəhərlərinə endirdiyi raket zərbələri nəticəsində mülki əhali arasında çoxsaylı itki və dağıntılar qeydə alınıb.

