Gece.ws
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 02.13.2026 | 20:45 | Baxılıb: 696
Fransa və İspaniyanı cənginə alan şiddətli “Nils” fırtınası hər iki ölkədə ciddi dağıntılara və insan itkilərinə səbəb olub.

“gece.ws” xəbər verir ki, meteoroloqların “qeyri-adi dərəcədə güclü” kimi xarakterizə etdiyi təbii fəlakət nəticəsində azı 3 nəfər həyatını itirib.

Məlumaata görə, fırtınanın ən ağır zərbə vurduğu ölkə Fransa olub. Güclü külək ağacları və elektrik xətlərini aşırıb, intensiv yağışlar isə yollarda ciddi su basqınlarına yol açıb. Hökumət sözçüsü iki nəfərin öldüyünü təsdiqləyib. Fəlakət nəticəsində 900 000 ev təsərrüfatı da işıqsız qalıb.

İspaniyada da vəziyyət ürəkaçan deyil. Barselona şəhərində anbarın damının uçması nəticəsində bir qadın vəfat edib. Təbiət hadisəsi həmçinin kənd təsərrüfatına ağır zərbə vurub.

Qeyd edək ki, hazırda hər iki ölkədə fövqəladə vəziyyət elan edilib, xilasetmə və infrastrukturun bərpası işləri davam etdirilir.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.