Gece.ws
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 05.22.2026 | 13:10 | Baxılıb: 8571
Gəncə Apellyasiya Məhkəməsinin hakimi Nural Əliyev vəzifəsindən azad ediləcək.

“gece.ws” xəbər verir ki, bu, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan və parlamentin plenar iclasına tövsiyə olunan layihədə əksini tapıb.

Layihədə yazılıb ki, Nural Turab oğlu Əliyev vəzifəsinin dəyişdirilməsi ilə əlaqədar Gəncə Apellyasiya Məhkəməsinin hakimi vəzifəsindən azad olunacaq. 

Tanınmış hakimin bundan sonra hansı vəzifədə çalışacağı hələlik açıqlanmayıb.

Qeyd edək ki, N.Əliyev daha əvvəl Gəncə Ağır Cinayətlər Məhkəməsində çalışıb. O, ölkə gündəmində müzakirə edilən bir çox cinayət işlərini araşdırıb.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.