“gece.ws” xəbər verir ki, bunu Aİ-nin xarici siyasət rəhbəri Kaya Kallas Beynəlxalq Atom Enerjisi Agentliyinin (MAQATE) baş direktoru Rafael Qrossi ilə görüşündən sonra bildirib.
Qurum rəsmisi qeyd edib ki, Avropa İttifaqı bu prosesdə iştirak etməyə hazırdır:
“İranın şəffaflığı təmin etməsi və MAQATE ilə tam əməkdaşlıq etməsi həyati əhəmiyyət kəsb edir. İranın nüvə probleminin həlli üçün diplomatik pəncərə açıqdır və Aİ bu yolda üzərinə düşəni etməyə hazırdır. Bu gün Rafael Qrossi ilə danışdım və onun işinə tam dəstəyimi bir daha yada saldım”.