Gece.ws
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 10.30.2025 | 08:47 | Baxılıb: 1606
Nyu-Yorkda üç nəfərdən ibarət dəstə bir evə girərək, tikinti işçiləri kimi özlərini təqdim edib və 3,2 milyon dollar dəyərində zərgərlik əşyaları olan seyfi oğurlayıb.

“gece.ws” xarici KİV-ə istinadən xəbər verir ki, hadisə 16 oktyabrda Kuinsdə Yamayka Hills məhəlləsində qeydə alınıb.

Polis bildirib ki, şübhəlilər evin arxa qapısını sındıraraq içəri daxil olublar və qısa müddətdə ərazidən mavi “Hyundai Elantra” ilə uzaqlaşıblar.

Təhlükəsizlik kameraları hadisəni qeydə alıb. Şübhəlilərdən ikisi neon rəngli tikinti jileti geyinib, biri isə qaçış avtomobilini idarə edib.

Hadisə zamanı xəsarət alan olmayıb. Polis istintaq aparır və oğruların hələ də azadlıqda olduğunu bildirir.

Rəsmilər bu hadisəni “son illərin ən peşəkar zərgərlik oğurluqlarından biri” kimi dəyərləndiriblər.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.