Gece.ws
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 06.19.2026 | 02:12 | Baxılıb: 1611
ABŞ-nin Nyu-York şəhərində yerləşən və dünyanın ən məşhur məkanlarından biri olan Tayms meydanında silahlı insident baş verib.

“gece.ws"in məlumatına görə, iki naməlum şəxs meydanda atəş açıb.

Hadisə zamanı ərazidə olan yüzlərlə insan panikaya düşərək güllələrdən qorunmaq üçün mağazalara və yaxınlıqdakı küçələrə qaçıb.

Sosial şəbəkələrdə yayılan görüntülərdə atəş səslərindən sonra meydanda yaranan xaos və insanların təşviş içində hadisə yerindən uzaqlaşmağa çalışdığı əks olunub.

Hadisə barədə məlumat daxil olduqdan sonra əraziyə çoxsaylı polis və təcili tibbi yardım briqadaları cəlb edilib. Hüquq-mühafizə orqanları Tayms meydanını mühasirəyə alaraq genişmiqyaslı əməliyyata başlayıb.

Hazırda silahlı şəxslərin saxlanılması istiqamətində əməliyyat davam edir. Polis insidentin təfərrüatını araşdırır.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.