Gece.ws
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 06.12.2026 | 10:24 | Baxılıb: 2807
Türkiyəli müğənni Ajda Pekkan Ankarada verdiyi konsertdə çıxışı ilə diqqət çəkib.

“gece.ws” Türkiyə mətbuatına istinadən xəbər verir ki, 80 yaşlı sənətçi ötən axşam baş tutan konsertində “Üç kalp” mahnısını səsləndirməzdən əvvəl tamaşaçılara bu sözləri deyib: “O qədər yalnızam ki… Şöhrət belə bir şeydir. Nə qədər gözəl görünsə də, bütün bu işıqların altında bir o qədər yalnızam. Həyatda həmişə həyat yoldaşı tapmaq olmur. Amma siz mənim həyatımdakı hər şey oldunuz. Buna görə sizə çox təşəkkür edirəm”.

Pekkanın bu sözləri zalda duyğusal anlar yaşadıb və tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb.

Qeyd edək ki, Ajda Pekkan 1973-cü ildə iş adamı Coşkun Sapmaz ilə ailə qursa da, bu evlilik sadəcə 6 gün davam edib. Bundan sonra isə sənətçinin Ali Bars adlı şəxslə 6 illik evliliyi olub.








Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.