Gece.ws
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 03.11.2026 | 07:28 | Baxılıb: 12033
Türkiyədə “Veliaht” serialı gözlənilən reytinqləri əldə edə bilmədiyi üçün final edir.

“gece.ws” xəbər verir ki, “Show TV” kanalında yayımlanan serial 26-cı bölümü ilə yekunlaşacaq.

Məlumata görə, serialın final etməsi qərarında əsas səbəb iqtisadi çətinliklər olub. FARO və “Gold Yapım” tərəfindən istehsal olunan layihənin uzun müddətdir maliyyə baxımından zərərdə olduğu bildirilib.

Bildirilib ki, çəkiliş qrupu Qars şəhərində işləri başa vurduqdan sonra İstanbula qayıdacaq və serialın son – 26-cı bölümü burada çəkiləcək.

Serialın son bölümlərindən birində Bora Akkaşın canlandırdığı Zafer obrazının ölüm səhnəsi diqqət çəkib. Bildirilir ki, serialı yaxından izləyən məşhur müğənni Sezen Aksu bu səhnədən təsirlənərək, “Kar” adlı mahnı yazıb.

Qarsda çəkilişlərinin aparılması və fərqli hekayə xətti səbəbindən serial sosial mediada tez-tez müzakirə olunsa da, gözlənilən izləyici sayına çata bilməyib.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.