
“gece.ws” xəbər verir ki, bu barədə “Deadline” nəşri məlumat yayıb.
Bununla da, “Odissey” 1,085 milyard dollar (təxminən 1 milyard 844 milyon AZN) kassa yığımı ilə Nolanın filmləri arasında əvvəlki lider olan “Qara cəngavər: Əfsanənin yüksəlişi” (2012) filmini geridə qoyub.
“Odissey” həmçinin “R” reytinqli filmlər arasında kassa yığımlarına görə ikinci yerdədir və bu baxımdan yalnız “Deadpool & Wolverine” filmindən (1,33 milyard dollar/təxminən 2 milyard 260 milyon AZN) geri qalır.
Qeyd edək ki, Nolanın əvvəlki filmi “Oppenheimer”in kassa yığımları 975,8 milyon dollar (təxminən 1 milyard 658 milyon AZN) təşkil edib. Film yeddi “Oskar” mükafatına layiq görülüb. Bununla da, rejissorun filmlərinin ümumi kassa yığımları 7 milyard dolları (təxminən 11 milyard 898 milyon AZN) keçib.