Gece.ws
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 05.13.2026 | 14:28 | Baxılıb: 2381
Macarıstanın yeni Baş naziri Peter Madyar xidməti avtomobil kimi seçkiqabağı kampaniyası zamanı istifadə etdiyi “Skoda Superb”dən istifadə edəcək. 

“gece.ws” xəbər verir ki, bu barədə məlumatı o, “X” sosial şəbəkəsindəki hesabında açıqlayıb. 

Yeni hökumət başçısı istifadə edəcəyi avtomobillə çəkilmiş şəklini də paylaşıma əlavə edib.

O, həmçinin hökumət iqamətgahından istifadə etməkdən imtina edib və rəsmi ofisini Budadan Peştə, Dunay çayının digər tayına, milli parlamentə daha yaxın yerə köçürüb. 

Xatırladaq ki, daha əvvəl Peter Madyar səlahiyyətlərinin icrasına başladıqdan sonra keçmiş Baş nazir Viktor Orbanın kabinetində işləmək niyyətində olmadığını bildirmişdi

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.