Gece.ws
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 04.09.2026 | 12:16 | Baxılıb: 2845
Türkiyə Superliqası çərçivəsində ötən gün “Göztepe”yə 3:1 hesabı ilə qalib gələn “Qalatasaray”ın baş məşqçisi Okan Buruk maraqlı açıqlama verib.

“gece.ws"in məlumatına görə, o, komandanın içindən bir nəfərin oyundan öncə taktiki gedişləri rəqiblərə ötürdüyünü bildirib.

“Bir nəfər hər dəfə “Qalatasaray”ın matçdan öncə müəyyənləşdirilən ilk “11-liy”ni alıb rəqiblərə ötürür. Bunu kimin etdiyini araşdıracağıq. Komandaya qarşı böyük bir xainlik var. Bu, “Qalatasaray” camiəsinə qarşı xəyanətdir. Rəqiblərimiz də ona görə hazırlanırlar. Komandanı kim satırsa, bunu tapmaq lazımdır. Xainin kim olduğunu ortaya çıxaracağıq”, - çalışdırıcı vurğualyıb.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.