Gece.ws
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 05.05.2026 | 01:35 | Baxılıb: 1729
Mali Prezidenti Assimi Qoita müdafiə naziri Sadio Kamaranın vəzifəsini müvəqqəti olaraq öz üzərinə götürüb.

“gece.ws” “France24”yə istinadən xəbər verir ki, bu qərar keçmiş müdafiə naziri Kamaranın öldürülməsindən sonra qəbul edilib. 

Verilən fərmana əsasən, Assimi Qoita hazırkı həssas təhlükəsizlik şəraitində strateji qərar olaraq bu vəzifəni də icra edəcək. 

Eyni zamanda, ölkənin Baş Qərargah rəisi general Umar Diarra Mali müdafiə nazirinin müavini kimi fəaliyyət göstərəcək.

Qeyd edək ki, Sadio Kamara 25 aprel tarixində baş verən hücumlar zamanı öldürülüb.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.