Gece.ws
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 03.16.2026 | 17:01 | Baxılıb: 3846
Ötən gün evində ölü tapılan türkiyəli sosial media fenomeni Ayşegül Eraslanın qətlə yetirildiyini iddia edən jurnalist Bilal Özcan saxlanılıb.

“gece.ws” “T24”ə istinadən xəbər verir ki, jurnalist “açıq şəkildə yanlış məlumat yaymaq” ittihamı ilə tutulub.

Belə ki, jurnalist sosial şəbəkədə verdiyi açıqlamada Ayşegül Eraslanın ölümünü intihar yox, qətl olduğunu bildirib. Beləliklə, o, hüquq‑mühafizə orqanları tərəfindən məsuliyyətə cəlb edilib.

Qeyd edək ki, Türkiyədə 27 yaşlı modelyer və bloqer Ayşegül Eraslan evinin qarşısında ölü tapılıb. O, hadisədən iki gün əvvəl Misirdən tətildən qayıdıbmış. Ayşegülün ölümündən təxminən bir saat əvvəl aktyor Sunay Kurtuluşun onun evinə gəlməsi ilə bağlı görüntülər ortaya çıxıb.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.