Gece.ws
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 08.04.2026 | 08:45 | Baxılıb: 1149
Oman sahillərində üzən yük gəmisi naməlum mərmi ilə vurulub.

“gece.ws” xəbər verir ki, bu barədə Böyük Britaniyanın Dəniz Ticarət Əməliyyatları Mərkəzi (UKMTO) məlumat yayıb.

Bildirilib ki, insident çərşənbə axşamı səhər Omanın Xasab şəhərindən təxminən 20 dəniz mili şimal-şərqdə qeydə alınıb.

Məlumata görə, yük gəmisi vurulduqdan sonra təcili yardım siqnalı yayımlayıb.

UKMTO hadisənin səbəblərinin araşdırıldığını açıqlayıb və bölgədən keçən gəmilərə ehtiyatlı olmaları, hər hansı şübhəli fəaliyyət barədə dərhal məlumat vermələri tövsiyə olunub.

Hücuma görə hələlik heç bir qruplaşma məsuliyyəti öz üzərinə götürməyib.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.