Gece.ws
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 02.23.2026 | 13:58 | Baxılıb: 6548
Türkiyənin bir vaxtlar ən çox izlənilən seriallarından olan “Kavak yelleri”nin ssenaristi Yiğit Güralp illər sonra layihəni yarımçıq qoyub getmə səbəbindən danışıb.

“gece.ws” “Haberler”ə istinadən xəbər verir ki, o, layihəni baş qəhrəmanlardan olan Aslı və Efenin serialdakı sevgi münasibətlərinə görə tərk etdiyini bildirib.

Güralpın sözlərinə görə, kanal rəhbərliyi həmin vaxtlarda Aslı və Efe obrazlarının sevgi münasibətini dəstəklədiyini deyib: “Onlara görə bu sevgi reytinqləri yüksəldəcəkdi. Bu isə mədəmi bulandırdı. Layihəni davam etdirsəydim, elə bir sevgi ola bilməzdi. Amma kanal və layihə rəhbərliyi məni ssenarini bu cür yazmağa vadar edirdi. Mən ən sonda “reytinqləriniz sizin olsun, mən gedirəm” dedim. Məndən sonra reytinqlər bir daha yüksək olmadı”.

Qeyd edək ki, serial 2007-2011-ci illərdə yayımlanıb. “Aslı”ya Pelin Karahan, “Efe”yə isə Dağhan Külegeç həyat verib. 




Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.