
Bu barədə “gece.ws”ya Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən məlumat verilib.
Bildirilib ki, təqaüdün aylıq məbləği 700 manatdır.
Fərmanla bu məbləğin onların ailə üzvlərinin sayına uyğun bərabər hissələrə bölünməklə ödənilməsi nəzərdə tutulub.
Qeyd edək ki, Fərmana əsasən ailə üzvlərinin sırasına dul arvadı (əri), valideynləri, 18 yaşına çatmamış (peşə təhsili, orta ixtisas təhsili və ali təhsil müəssisələrində təhsil alanlara münasibətdə isə həmin təhsil müəssisələrini bitirənədək, lakin ən çoxu 23 yaşına çatanadək) övladları, 18 yaşına çatanadək əlilliyi müəyyən edilmiş 18 yaşından yuxarı əlilliyi olan övladları, uşaq evlərində tərbiyə olunan qardaş və bacıları, birinci növbədən digər qohumları olmayan baba və nənələri aiddir.