Gece.ws
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 04.29.2026 | 14:01 | Baxılıb: 4795
Birinci vitse-prezident və vitse-prezidentlərin baqajları gömrükdə yoxlanılmayacaq.

“gece.ws” xəbər verir ki, bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan Gömrük Məcəlləsinə təklif olunan dəyişiklikdə öz əksini tapıb.

Layihəyə əsasən, xidməti vəzifələrinin icrası ilə əlaqədar gömrük sərhədindən keçən Azərbaycanın Birinci vitse-prezidentinin və vitse-prezidentlərinin, Baş nazirinin, onun müavinlərinin, müvafiq icra hakimiyyəti orqanlarının rəhbərlərinin, Milli Məclis deputatlarının və İnsan hüquqları üzrə müvəkkilinin (Ombudsman) şəxsi baqajları gömrük yoxlamasından azaddır.

Xəbəri rus dilində oxuyun: Кто из чиновников освобожден от таможенного контроля?

Həmçinin xarici dövlətlərin diplomatik nümayəndəliklərinin başçılarının, diplomatik heyətinin üzvlərinin və onlarla birlikdə yaşayan ailə üzvlərinin şəxsi baqajları gömrük baxışından azaddır.

Nuranə Daxilqızı

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.