Gece.ws
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 04.09.2026 | 13:28 | Baxılıb: 3358
“İranın əleyhinə olan qüvvələr heç vaxt uranın zənginləşdirməsinin dayandırılmasına nail olmayacaqlar”​. 

“gece.ws” ISNA agentliyinə istinadən xəbər verir ki, bu bəyanatla İranın vitse-prezidenti və ölkənin Atom Enerjisi Təşkilatının rəhbəri Məhəmməd Eslami çıxış edib. 

“Əleyhimizə olan qüvvələrin İranın zənginləşdirmə proqramını məhdudlaşdırmağa yönəlmiş iddia və tələbləri qəbirə gedəcək xülyalardan başqa bir şey deyil”, - o deyib. 

Eslaminin fikrincə, İsrail və ABŞ İrana hücum etməklə heç nəyə nail ola bilməyib, indi isə danışıqlar yolu ilə Tehrandan güzəştlər əldə etməyə çalışırlar.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.