
“gece.ws” xəbər verir ki, bunu Prezident İlham Əliyev “France 24” telekanalına müsahibəsində Bakı Hərbi Məhkəməsində barələrində hökm oxunan Ermənistan vətəndaşlarının əfv edilib-edilməyəcəyinə dair sualına cavabında deyib.
“Bilirsiniz, bu insanlar bəşəriyyətə qarşı ağır cinayətlər törədiblər. İkinci Dünya müharibəsindən sonra Nürnberq məhkəmələrində ölüm hökmünə məhkum edilmiş bütün o nasist liderlərini təsəvvürünüzə gətirin ki, iki aydan sonra kimsə gəlib deyəcək, xahiş edirəm, onları azad edin”, - dövlət başçısı qeyd edib.
Prezident bunun tamamilə eyni şey olduğunu vurğulayıb.
“Hətta daha da pisdir, daha da pisdir. Onların törətdiyi cinayət İkinci Dünya müharibəsi zamanı nasistlərin etdiklərindən daha pis idi”.