Gece.ws
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 04.10.2026 | 16:24 | Baxılıb: 3954
Azərbaycanın “Avroviziya” təmsilçilərindən olan Safurə Əlizadə Xalq artisti Aygün Kazımovanın “Bu sevgi” mahnısını ifa edib.

“gece.ws” xəbər verir ki, müğənni bu barədə sosial şəbəkə hesabındakı paylaşımında bildirib.

O qeyd edib ki, Aygün Kazımovanın mahnısını oxumaq üçün dəvət alıb.

“Sirr deyil ki, Aygün xanım mənə həmişə dəstək olub, “Yeni ulduz” vaxtından yanımda olub. Həmişə deyərdi ki, Səfurə mənim davamçımdır. Bu isə mənim üçün çox dəyərli idi. Mənim qalibiyyətimdə çox böyük dəstəyi var idi və mən belə şeyləri unutmuram. Aygün xanımı həmişə çox sevmişəm və onun mənim ürəyimdə başqa bir yeri var”, - müğənni bildirib.

Xatırladaq ki, Safurə Azərbaycanı 2010-cu ildə “Drip Drop” mahnısı ilə “Avroviziya”da təmsil edib.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.