Gece.ws
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 02.13.2026 | 19:40 | Baxılıb: 2458
Ermənistanın Baş naziri Nikol Paşinyan “Güclü Ermənistan” partiyasının namizədi, rusiyalı milyarder Samvel Karapetyanın baş nazirliyə iddialarına münasibət bildirib.

“gece.ws” “Armenpress”ə istinadən xəbər verir ki, hökumət başçısı ölkə Konstitusiyasının 148-ci və 48-ci maddələrini xatırladaraq xarici vətəndaşlığı olan şəxslərin bu vəzifəyə iddia edə bilməyəcəyini vurğulayıb.

Paşinyan bildirib ki, qanunvericiliyə görə, deputat və ya baş nazir olmaq istəyən şəxs son 4 ildə yalnız Ermənistan vətəndaşı olmalı, ölkədə daimi yaşamalı və erməni dilini sərbəst bilməlidir:

“Samvel Karapetyan Rusiya və Kipr vətəndaşlığına malikdir, eyni zamanda o, son illərdə Ermənistanda daimi yaşamayıb. Buna görə də onun namizədliyi de-yure mövcud deyil və mövcud olmayan bir şeyə münasibət bildirməyi zəruri hesab etmirəm”.

Xatırladaq ki, “Taşir” şirkətlər qrupunun rəhbəri olan Samvel Karapetyan hazırda İrəvanda ev dustaqlığındadır. O, 2025-ci ilin iyununda hakimiyyəti ələ keçirməyə çağırış və konstitusiya quruluşunu devirməyə cəhd ittihamları ilə saxlanılıb.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.