
“gece.ws” “The Athletic” nəşrinə istinadən xəbər verir ki, Madrid təmsilçisinin oyunçuları klub rəhbərliyi ilə görüşərək ispaniyalı mütəxəssisin və onun məşqçilər heyətinin vəzifədə qalmasını istədiklərini çatdırıblar.
Yanvarın 12-də Xabi Alonsonu əvəz edərək sükan arxasına keçən Arbeloa Çempionlar Liqasının 1/4 finalında “Bavariya”ya hər iki oyunda məğlub olaraq (1:2, 3:4) turnirlə vidalaşsa da, soyunma otağında ona olan inam sarsılmayıb.
Qeyd olunub ki, hazırda La Liqada lider “Barselona”dan 9 xal geri qalan və mövsümü kuboksuz bitirmə təhlükəsi ilə üz-üzə qalan “Kral klubu”nda futbolçular məşqçinin oyun fəlsəfəsinin gələcəkdə uğur gətirəcəyinə əmindirlər.