Gece.ws
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 08.06.2026 | 19:33 | Baxılıb: 2214
“Real Madrid” Almaniyanın “Leyptsiq” klubunun cinah hücumçusu Yan Diomandenin transferini elan edib.

“gece.ws” xəbər verir ki, futbolçu ilə 2033-cü ilə qədər müqavilə imzalanıb.

Məlumata görə, Diomandenin transfer dəyəri 125 milyon avro təşkil edəcək. Almaniya klubu gələcəkdə bonuslar şəklində daha 15 milyon avro qazana bilər.

Qeyd edək ki, hücumçu 2025-ci ildən “Leyptsiq”in şərəfini qoruyurdu. O, 2025/26 mövsümündə 36 oyunda meydana çıxaraq 13 qol və 10 məhsuldar ötürmə ilə yadda qalıb.

“Transfermarkt” portalının məlumatına görə, kot-d'ivuarlı futbolçunun bazar dəyəri 90 milyon avro qiymətləndirilir. O, başa çatan Dünya Çempionatında 4 oyunda iştirak edib və 1 məhsuldar ötürmə müəllifi olub.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.