Gece.ws
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 05.09.2026 | 22:31 | Baxılıb: 2074
Almaniya Kansleri Fridrix Merts slovakiyalı həmkarı Robert Fitsonun Moskvaya səfəri və Qələbə Günü tədbirlərində iştirakı ilə bağlı sərt açıqlama verib.

“gece.ws” xəbər verir ki, hökumət başçısı İsveçin Baş naziri Ulf Kristersson ilə keçirdiyi mətbuat konfransında Fitso ilə bu səfərlə bağlı ciddi söhbətin aparılacağını vurğulayıb:

“Avropa ölkələri hazırda Avropa Gününü qeyd edir və Robert Fitsonun Moskva səfəri bu kontekstdə fərqli məna daşıyır. Ona görə də onunla ciddi söhbət aparacağam”.

Qeyd edək ki, Baltikyanı ölkələrin etirazlarına baxmayaraq, Robert Fitso Moskvaya gedərək Rusiya Prezidenti Vladimir Putinlə görüşüb. Tərəflər görüş zamanı iki ölkə arasındakı münasibətləri, Ukraynadakı münaqişəni və Avropadakı mövcud vəziyyəti müzakirə ediblər. Fitsonun Vladimir Putinə Ukrayna lideri Volodimir Zelenskinin mesajını çatdıracağı gözlənilsə də, bu hadisə baş tutmayıb.

Xatırladaq ki, bundan əvvəl Ermənistanın Baş naziri Nikol Paşinyan Qələbə paradında iştirak etməməsinin səbəblərini açıqlamışdı.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.