Gece.ws
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
Onunla yemək yeməyin saatı 1 milyon lirədir
 
						Onunla yemək yeməyin saatı 1 milyon lirədir
Əlavə olunub: 04.06.2024 | 21:42 | Baxılıb: 17780
Məşhur aktrisa Məryəm Üzerli son günlərdə qatıldığı şam yeməyi ilə Türkiyə mediasında gündəm olub.

“gece.ws” xəbər verir ki, bu barədə “TV8” də yayımlanan  “Aramızda kalmasın” verlişində məlumat verilib.

Belə ki, Məryəmin pərəstişkarı olan Ər-Riyadlı bir ailə onu 4 saatlıq nahara dəvət edib.

Təklifi dəyərləndirən aktrisa 4 saata nə az, nə çox 4 milyon TL (315218 AZN) istəyib.

Beləliklə, Məryəm qatıldığı şam yeməyindən 4 milyon lirə ilə ayrılıb.

Hadisə sosial şəbəkələrdə müzakirələrə səbəb olub.

Qeyd edək ki, Üzerli “Muhteşem Yüzyıl” serialında Hürrəm Sultan obrazı ilə məşhurlaşıb. Serial dünyanın 55 ölkəsində nümayiş olunub.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.