Gece.ws
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 10.24.2025 | 17:15 | Baxılıb: 3202
“Vitebsk vilayətindəki iqtisadi vəziyyət haqqında hesabatı oxuduqdan sonra özümü pis hiss etdim”.

“gece.ws” “Pul pervoqo” teleqram kanalına istinadən xəbər verir ki, bu barədə Belarus Prezidenti Aleksandr Lukaşenko bildirib. 

“Halım xarab oldu. Vitebsk vilayətindəki dəhşətli vəziyyəti gördüm, aşağıdan yuxarıyadək məsuliyyətsizlik baş alıb gedir... Sizinlə xoşluqla işləmək istərdim, amma belə çalışmaq mümkün deyil”, - Belarus lideri vurğulayıb.

Qeyd edək ki, Lukaşenko oktyabrın 24-ü Vitebsk vilayətinə səfər edib. Region rəhbərliyi ilə görüşdə əsas müzakirə mövzularından biri mal-qaranın tələf olması olub.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.