Gece.ws
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 11.08.2025 | 14:28 | Baxılıb: 1705
Vətən Müharibəsində qazanılan tarixi Qələbinin 5-ci ildönümünə həsr olunan hərbi parada Silahlı Qüvvələrin parad heyətlərinin təntənəli keçidi başlayıb.

“gece.ws” xəbər verir ki, hərbi parada müdafiə nazirinin birinci müavini, general-polkovnik Kərim Vəliyev komandanlıq edir.

Silahlı Qüvvələrin Parad Heyətləri 44 Günlük Vtən Müharibəsində Şuşa şəhərinə sancılan və qələbəmizin rəmzinə çevrilən Azərbaycan Dövlət Bayrağı altında tribunaya doğru irəliləyir.

Bayraqdarlar Qrupuna “Vətənə xidmətə görə” ordenli Vüqar Əlverdiyev başçılıq edir.

Xüsusi Təyinatlı Qüvvələrin Parad Heyətlərinə Vətən Müharibəsi Qəhrəmanı, general-mayor Ələkbər Cahangirov rəhbərlik edir.

Vətən Müharibəsi qəhrəmanı İlqar Orucovun rəhbərliik etdiyi parad heyətləri irəliləyir.

Sözügedən görüntüləri təqdim edirik:

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.