Gece.ws
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 03.24.2026 | 19:26 | Baxılıb: 2044
Abşeron rayonu ərazisində soyğunçuluq hadisəsi qeydə alınıb.

Daxili İşlər Nazirliyindən “gece.ws”ya verilən məlumata görə, zərərçəkən idarə etdiyi avtomobildə müştəri kimi əyləşmiş naməlum şəxsin ona zor tətbiq edərək 600 manat dəyərində mobil telefonunun ələ keçirildiyi barədə polisə müraciət edib.

Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən, əvvəllər oğurluq və narkotiklə əlaqəli cinayətlərə görə məhkum olunmuş 26 yaşlı R.Dünyamalıyev müəyyən edilərək saxlanılıb.

Araşdırmalarla saxlanılan şəxsin rayon ərazisində daha bir nəfərin mobil telefonunu kəsici alətlə hədələyərək quldurluq yolu ələ keçirdiyi məlum olub.

Faktlarla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.