Gece.ws
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 02.21.2026 | 19:18 | Baxılıb: 12044
Misli Premyer Liqasının 21-ci turu çərçivəsində keçirilən “Karvan-Yevlax” – “Araz-Naxçıvan” qarşılaşması Azərbaycan futbol tarixində nadir rast gəlinən qalmaqalla yadda qalıb.

“gece.ws” xəbər verir ki, Yevlax təmsilçisi doğma meydanda rəqibinə 0:2 hesabı ilə məğlub olduğu matçın son dəqiqələrində gözlənilməz hadisə baş verib.

Belə ki, qarşılaşmanın 83-cü dəqiqəsində “Karvan-Yevlax”ın legioneri Samuel Durrant heç bir əvəzetmə və ya hakimin göstərişi olmadan, zədələndiyini iddia edərək, özbaşına meydanı tərk edib soyunub-geyinmə otağına yollanıb. Bundan sonra isə Füzuli Məmmədovun komandası matçın qalan hissəsini 10 nəfərlə davam etdirməyə məcbur olub.

Xatırladaq ki, Yevlax təmsilçisi bu məğlubiyyətdən sonra turnir cədvəlində 6 xalla sonuncu – 12-ci yerdə qərarlaşıb. “Araz-Naxçıvan” isə 33 xalla 5-ci yerdədir.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.