Gece.ws
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 06.06.2026 | 13:46 | Baxılıb: 14228
Avstriyada təlim-məşq toplanışında olan Azərbaycan milli komandasının heyətində dəyişiklik edilib.

“gece.ws” xəbər verir ki, bu barədə AFFA-nın mətbuat xidməti məlumat yayıb. 

Məlumata görə, Anton Krivotsyuk və Abdulla Xaybulayev heyətdən çıxarılıblar.

Qeyd edək ki, millimiz Avstriya toplanışı çərçivəsində keçirdiyi ilk yoldaşlıq oyununda Maltaya 0:2 hesabı ilə uduzub. Həmin görüşdə rəqibin ikinci qolunun ardından futbolçular bir-biriləri ilə dalaşıb.

Ayxan Abbasovun rəhbərlik etdiyi kollektiv iyunun 9-da San Marino yığması ilə üz-üzə gələcək.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.