
“gece.ws” “Vedomosti” portalına istinadən xəbər verir ki, bu barədə Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Sərəncam imzalayıb.
Sənədə əsasən, ABŞ vətəndaşları 30 gün müddətinə bu ölkədə vizasız qala bilərlər.
Həmçinin bildirilib ki, qərar iki ölkə arasında iqtisadi-ticarət, mədəni-humanitar və turistik əlaqələrin inkişafı üçün əlverişli şərtlər yaratmaq məqsədi daşıyır.
Onu da xatırladaq ki, noyabrın 6-da Ağ Evdə ABŞ Prezidenti Donald Trampla Özbəkistan, Qazaxıstan, Qırğızıstan, Tacikistan və Türkmənistan liderlərinin görüşü planlaşdırılır.