Gece.ws
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 09.04.2025 | 12:48 | Baxılıb: 3711
Özbəkistan Xarici İşlər Nazirliyi Rusiya XİN-ə rəsmi nota ünvanlayıb. 

“gece.ws” xəbər verir ki, bu barədə məlumatı Özbəkistan XİN-in mətbuat katibi Axror Burxanov açıqlayıb. 

Bildirilib ki, buna səbəb avqustun sonunda Rusiyanın Ximki adlı ərazisində özbəkistanlı taksi sürücüsünün Rusiya vətəndaşı tərəfindən təhqir edilməsi olub. 

Notada rusiyalı həmin şəxsin kimliyinin müəyyən edilməsi və qanunvericiliyə uyğun olaraq addımların atılması tələb olunub. 

Onun sözlərinə görə, Özbəkistan vətəndaşları harda olmaqlarından asılı olmayaraq öz dövlətlərinin mühafizəsi altındadırlar. 

Qeyd edək ki, haqqında bəhs edilən insidentin görüntülərini avqustun 27-də “TRT”nin rus dilində fəalliyət göstərən teleqram kanalı paylaşıb. Kadrlardan rusiyalı bir şəxsin taksi sürücüsünə qarşı kobud ifadələr səsləndirdiyini görmək mümkündür. O, özbəkistanlı şəxsi “rusların qulu” adlandırıb. Taksi sürücüsü isə insident zamanı sakitliyini qorumağa çalışıb. Şahidlərin sözlərinə görə, mübahisə avtomobilin həyətə girişə əngəl olması səbəbindən yaranıb.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.