
“gece.ws” “TRT Haber”ə istinadla xəbər verir ki, gərgin keçən iclasda Özgür Özel iştirak edən 96 deputatdan 95-nin səsini qazanaraq yenidən CHP-nin parlament qrupunun sədri seçilib.
Səsvermə zamanı cəmi bir səs etibarsız hesab olunub.
Xatırladaq ki, bu addım Ankara Məhkəməsinin CHP-nin 4-5 noyabr 2023-cü il tarixlərində keçirilmiş 38-ci növbəti qurultayının nəticələrini ləğv etməsindən dərhal sonra atılıb. Belə ki, məhkəmənin qərarına əsasən, partiyanın sədri Özgür Özel vəzifəsindən kənarlaşdırılıb. Eyni zamanda, məhkəmə CHP-nin sabiq lideri Kamal Kılıçdaroğlunun müvəqqəti olaraq yenidən sədr postuna bərpa edilməsinə qərar verilib.