Gece.ws
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
Özünə peyğəmbər deyərək 4 il gizlənə bildi - Qətlə görə tutuldu
 
						Özünə peyğəmbər deyərək 4 il gizlənə bildi 
							 - Qətlə görə tutuldu
Əlavə olunub: 07.15.2025 | 16:54 | Baxılıb: 5545
2021-ci ilin iyul ayında atası ilə birgə Abşeron rayonunda qətl törətməkdə ittiham olunan Emin Ramazanov tutulub.

“gece.ws"in əldə etdiyi məlumata görə, Qobu qəsəbəsində 29 yaşlı Ülfət Höccətovu amansızlıqla qətlə yetirməkdə və evi yandırmaqda şübhəli bilinən şəxs 4 il sonra polis əməkdaşları tərəfindən saxlanılıb. O, istintaqa təhvil verilib.

Emin Ramazanov daha əvvəl mediada bir sıra saytlarda çalışıb və özünü baş redaktor kimi təqdim edib. Daha sonra o, özünü “peyğəmbər” elan edib, onkoloji xəstələri 3 saata müalicə etdiyini, əllərində bioenerji olduğunu deyərək müxtəlif əməllər törədib. E.Ramazanovun xüsusi libas geyinərək hansısa ritual həyata keçirməsi və həmin vaxt “müalicə etdiyi” qadının huşunu itirməsinə dair görüntülər də sosial şəbəkələrdə yayılıb.

Onu da qeyd edək ki, qətl hadisəsi Eminin arvadı olan Şəms Höccətovun birinci həyat yoldaşından qisas alınması planı vaxtı yanlışlıqla törədilib. Belə ki, Emin və atası Şəmsin keçmiş əri Ceyhunun evdə olduğunu düşünərək mənzilə basqın ediblər. Lakin evdə Ceyhun yox, kiçik qardaşı Ülfət olub və onlar gənci qətlə yetirərək evə od vurublar.

Bu hadisəyə görə Eminin atası Cahangir Ramazanova 19 il həbs cəzası verilib.

Geridə qalan 4 il ərzində E.Ramazanovun harada gizlənməsi və digər detallar hazırda araşdırılır.

Aslan Vəliyev

Fotoda: Cahangir Ramazanov

Fotoda: Ülfət Höccətov

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.