Gece.ws
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 03.13.2026 | 13:59 | Baxılıb: 1863
Pakistanın Əfqanıstanın paytaxtı Kabilə endirdiyi hava zərbələri nəticəsində 4 nəfər həlak olub, 15 nəfər yaralanıb. 

“gece.ws” xəbər verir ki, bu barədə “The Times of India” qəzeti Əfqanıstan polisinə istinadən məlumat yayıb.

Məlumata görə, Qəndəhar, Paktiya və Paktika əyalətlərindəki obyektlərə hava zərbələri endirilib. “Kam Air” aviaşirkətinin Qəndəhar hava limanı yaxınlığında yerləşən yanacaq anbarının da hücuma məruz qaldığı bildirilir. 

Əfqanıstan hökumətinin nümayəndəsi Zəbihulla Mücahid bombardman nəticəsində dinc əhali arasında itkilərin olduğunu açıqlayıb.

 

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.