Gece.ws
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 06.30.2026 | 19:25 | Baxılıb: 873
Pakistanın Lahor vilayətində yerləşən təhsil mərkəzlərindən birinin damı uçub.

“gece.ws” xarici KİV-ə istinadən xəbər verir ki, ilkin məlumatlara görə, hadisə nəticəsində 14 uşaq həyatını itirib.

Rəsmi qurumlar qəza zamanı 19 uşağın yaralandığını, onlardan 5-nin vəziyyətinin ağır olduğunu bildiriblər.

Hadisə yerinə çoxlu sayda axtarış-xilasetmə qrupu və təcili tibbi yardım briqadası cəlb olunub.

Dağıntılar altında qalanların xilas edilməsi istiqamətində işlər davam etdirilir.

Hadisə ilə bağlı iki nəfər həbs edilib.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.