Gece.ws
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 07.28.2026 | 13:11 | Baxılıb: 2570
Biləsuvarda fermer pambıq tarlasına gedərkən ölüb. 

“gece.ws” xəbər verir ki, hadisə rayonun Aşağı Cürəli kəndi ərazisində qeydə alınıb. 

Belə ki, 66 yaşlı Əlizadə Əliyevin sükan arxasında olduğu nəqliyyat vasitəsi idarəetmədən çıxaraq kollektora aşıb. Maşında ölü tapılan Ə.Əliyevin xəstəlikdən öldüyü ehtimal olunur. 

Qeyd edək ki, rayonda pambıq tədarükü və emalı müəssisələrindən birinin sahə aqronomu olan fermer Ə.Əliyev özünə məxsuz olan əkin sahəsinə baxmaq üçün gedirmiş. 

Faktla bağlı araşdırma aparılır.

Surxay Şahbazov 

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.