Gece.ws
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 11.08.2025 | 14:46 | Baxılıb: 2501
Bakıda keçirilən hərbi paradda ilk dəfə ən müasir qoşun növü olan İnsansız Sistem Qoşunlarının heyəti də iştirak edir.

“gece.ws” xəbər verir ki, heyətə polkovnik Adəm Hüseynov başçılıq edir.

Bununla yanaşı, paradda ilk dəfə Müdafiə Nazirliyi Hərbi Polisinin və Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin hərbi qulluqçularından ibarət parad heyəti iştirak edib. 

Müdafiə Nazirliyi Hərbi Polisinin hərbi qulluqçularından ibarət heyətə “Vətənə xidmətə görə” ordeni ilə təltif edilmiş general-mayor Elgün Əliyev, Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin parad heyətinə isə “Şücaətə görə” medallı polkovnik Orxan Novruzov başçılıq edib. 

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.