
“gece.ws” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Polşanın xarici işlər naziri Radoslav Sikorski bildirib.
“Məndə olan məlumata görə, belə problem artıq yoxdur”, - nazir qeyd edib.
Sikorski Fitsonun Rusiyaya uçması məsələsinin necə həll olunduğunu açıqlamayıb.
Qeyd edək ki, aprelin 18-də Litva və Latviya Fitsonun hökumət təyyarəsinin Rusiyaya uçmasına icazə verməyəcəklərini açıqlayıblar. Aprelin 19-da Estoniya oxşar tədbir elan edib.