Gece.ws
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 09.17.2025 | 09:30 | Baxılıb: 925
Milli Məclisin payız sessiyası müddətində insan hüquqları ilə bağlı qabaqcıl beynəlxalq təcrübə əsasında dəyirmi masa keçiriləcək.

“gece.ws” xəbər verir ki, bu, Milli Məclisin İnsan hüquqları komitəsinin 2025-ci il payız sessiyasının iş planında öz əksini tapıb.

Dəyirmi masa “Rəqəmsal suverenlik, informasiya suverenliyi və insan hüquqları” mövzusunda təşkil olunacaq.

Eyni zamanda, “Vəkillik institutu-vətəndaşların insan hüquqlarının təmin edilməsi və beynəlxalq standartların tətbiqi mexanizmlərinin təkmilləşməsində yeri və rolu” mövzusunda da dəyirmi masanın keçirilməsi planlaşdırılır.

“Beynəlxalq məhkəmə və hüquq institutlarının fəaliyyətində yeni tendensiyalar, perspektivlər- Azərbaycandan baxış” mövzusunda dəyirmi masanın keçirilməsi nəzərdə tutulur.

Bununla yanaşı, “Böyük Qayıdış”la bağlı Azərbaycanın yeganə təcrübəsi” mövzusunda beynəlxalq İnsan hüquqları və hüquq-müdafiə təşkilatların iştirakı ilə müzakirənin təşkil edilməsi planlaşdırılır.

Nuranə Daxilqızı

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.