Gece.ws
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 05.14.2025 | 11:22 | Baxılıb: 1069
Gürcüstan parlamentində təhlükəsizlik tədbirləri gücləndirilib.

“gece.ws” “Sputnik Gürcüstan”a istinadən xəbər verir ki, bu gün qanunverici orqanda “sarı” təhlükəsizlik səviyyəsi tətbiq edilir.

Belə ki, bu gün parlamentin spikeri Şalva Papuaşvili illik hesabatla çıxış edəcək. O, plenar iclas zamanı cari il ərzində görülən işlərdən danışacaq və gələn il üçün fəaliyyət planını təqdim edəcək. 

Bununla əlaqədar olaraq, deputat və əməkdaşların təhlükəsizliyini təmin etmək üçün binaya giriş məhdudlaşdırılacaq. Məhdudiyyətlər yalnız telekanalların akkreditasiyadan keçmiş jurnalistlərinə şamil edilməyəcək.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.