
“gece.ws” xəbər verir ki, Brüssel parlamentinin üzvü olan Pyer Kompani bu gün keçirilən iclasa oğlunun rəhbərlik etdiyi Almaniya klubunun simvolikası ilə qatılıb.
Siyasi fəaliyyəti ilə yanaşı, oğlunun karyerasını addım-addım izləməsi ilə tanınan Pyer Kompaninin bu görüntüləri sosial şəbəkələrdə böyük rəğbətlə qarşılanıb.
Qeyd edək ki, Vinsent Kompaninin rəhbərlik etdiyi “Bavariya” ÇL-nin 1/4 finalında “Real Madrid”i məğlub edərək yarımfinala vəsiqə qazanmışdı.
